I Qarabağ müharibəsində itkin düşən şəhid Seyfulla Tairovun nəşi doğulduğu Saatlı rayonunun Cəfərxan kəndinə gətirilib.

Üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu valideynləri, yaxınları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Hazırda doğulduğu evdə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Saatlıda məskunlaşmış Axıska türklərindən olan Tairov Seyfulla Veytulla oğlu 1973-cü il fevralın 1-də rayonun Cəfərxan kəndində anadan olub. 1991-1992-ci illərdə sovet ordusunda xidmət edib. Xidmətini yarımçıq qoyaraq vətənə qayıdan S.Tairov könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.

31 avqust 1993-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

İstinadlar Report