Yəməndə husi üsyançıları “Ansar Allah” tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə neft ləkələri əmələ gəlib.

Bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Fevralın 18-də husilər “Rubymar” yük gəmisinə hücum etdilər. Husilərin səbəbsiz və ehtiyatsız hücumu gəmiyə ciddi ziyan vurdu və nəticədə 18 mil (təxminən 29 km) ərazidə neft ləkəsi əmələ gəldi”, – komandanlığın “X” sosial şəbəkəsindəki məlumatında bildirilir.

İstinadlar Report