
Yəmənin “Ənsar Allah” (husi) üsyançı hərəkatının lideri Əbdül Malik əl-Husi ABŞ Prezidenti Donald Trampa fələstinliləri Qəzza zolağından köçürmək əvəzinə, İsrail sakinlərini Amerika ştatlarından birinə köçürmək barədə düşünməyi təklif edib.
O, bu barədə “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.
“Amerikalılar yəhudiləri İsraildən ABŞ-yə köçürə və Amerika ştatlarından birini onlara verə bilər. ABŞ-nin hələ də yaşayış olmayan geniş əraziləri və regionları var”, – əl-Husi qeyd edib.