“Ənsar Allah” hərəkatından olan husilər üsyançıların nəzarətində olan Yəmən paytaxtının yerləşdiyi Səna əyaləti üzərində ABŞ-nin “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurublar.

Bu barədə husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində söyləyib.

“Hava hücumundan müdafiə qüvvələrimiz Səna əyalətinin hava məkanında düşmən tapşırıqları yerinə yetirən ABŞ-nin “MQ-9” pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub. Uçuş aparatı yerli istehsal olan “yer-hava” sinifli raketlə məhv edilib”, – hərəkatın nümayəndəsi deyib.

Sarianın iddiasına görə, bu, son 24 saat ərzində husilər tərəfindən Yəmən hava məkanında məhv edilmiş ikinci “MQ-9 Reaper”dir. Hərəkatın nümayəndəsinin sözlərinə görə, ümumilikdə Yəmən üsyançıları 2023-ci ilin oktyabrında Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri bu tipli 21 Amerika dronunu vurublar.

İstinadlar Report