“Ənsarullah” (husilər) hərəkatı ABŞ-nin Qırmızı və Ərəb dənizlərindəki iki aviasiya daşıyıcısına hücum edib.

Bu barədə hərəkatın bəyanatında bildirilib.

“Biz Qırmızı və Ərəb dənizlərində ABŞ aviadaşıyıcıları “Harry Truman” və “Carl Vinson”, eləcə də onların hərbi gəmilərinə qarşı ikiqat hərbi əməliyyat keçirdik”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, bu, ABŞ-nin Yəmənin qərbindəki neft limanına zərbələr endirməsinə cavab olub. Qeyd edək ki, nəticədə 70-dən çox insan həlak olub.

İstinadlar Report