Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) ABŞ-nin esminesinə və iki ticarət gəmisinə – “Captain Paris” və “Happy Condor”a hücum ediblər.

Bunu radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Səriya husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb. Səriya iddia edir ki, husilər Qırmızı dənizdə “Captain Paris” neft tankerinə gəmi əleyhinə raketlərlə də hücum ediblər və maye qazı daşıyan “Happy Condor” tankeri Ərəbistan dənizində dronların zərbələri ilə vurulub.

İstinadlar Report