
Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına zərbələr endiriblər.
Bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin hərbi nümayəndəsi Yəhya Saria bildirib.
“Raket qoşunları <…> biri “Fələstin-2” tipli hipersəs raketi olmaqla iki ballistik raketdən istifadə edərək “Sdot-Mixa” bazasına zərbə endirməklə hərbi əməliyyat həyata keçiriblər”, – o, “Ənsar Allah”ın nəzarətində olan “Al Masirah” televiziya kanalının efirində deyib.
Sarianın sözlərinə görə, husilər həmçinin “Zülfiqar” tipli raketdən istifadə edərək Ben-Qurion hava limanına hücum ediblər və İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığında “vacib hədəfi” pilotsuz uçuş aparatı ilə vurublar.