Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının hava hücumundan müdafiə qüvvələri Amerikanın “MQ-9 Reaper” kəşfiyyat və zərbə dronunu vurub.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Ənsar Allah”a məxsus “Al Masirah” telekanalının efirində bildirib.
“Yəmənin hava hücumundan müdafiə sistemləri Amerikaya məxsus “MQ-9″ dronunu Marib əyaləti üzərində səmada düşmənçilik hərəkətləri həyata keçirərkən vura bilib”, – Səriya vurğulayıb.
Onun sözlərinə görə, bu, eskalasiya başlayandan bəri üsyançıların Yəmən səmasında vurduğu ABŞ Hərbi Hava Qüvvələrinin bu tipli səkkizinci dronudur.