
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Ərəb dənizində ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə hücum edib.
Bu barədə Husilərin hərbi sözçüsü Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.
“Yəmənin Silahlı Qüvvələri bir neçə pilotsuz uçuş aparatından istifadə ilə Ərəb dənizində ABŞ-nin “Carl Vinson” aviadaşıyıcısına və onu müşayiət edən hərbi gəmilərə qarşı əməliyyat keçirib”, – hərəkatın sözçüsü bildirib.
O, həmçinin iddia edib ki, ABŞ-yə məxsus F-18 qırıcı təyyarəsi bazar ertəsi Qırmızı dənizdə üsyançıların “Harry Truman” gəmisinə endirdiyi zərbə nəticəsində qəzaya uğrayıb.