“Ermənistan Azərbaycanın azad edilmiş ərazilərindəki minaların xəritələrini verməkdən imtina edir”. 

Bunu amerikalı hüquqşünas Donald Frensis Donovan BMT-nin Beynəlxalq Məhkəməsində Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Beynəlxalq Konvensiyasının pozulması iddiası ilə əlaqəli dinləmələr zamanı bildirib.

Bununla əlaqədar olaraq, hüquqşünas Beynəlxalq Məhkəməni təcili olaraq Ermənistana qarşı tədbirlər görməyə çağırıb.

O, hazırda Azərbaycanı narahat edən məsələləri bildirərək, onları baxılması üçün Haaqa məhkəməsinə təqdim edib: “İlk növbədə, Azərbaycan Ermənistanın yerləşdirilmiş yerüstü minaların yeri və xüsusiyyətləri haqqında müfəssəl və adekvat informasiya təqdim etməsini istəyir. Ermənistan bu piyadaəleyhinə minaları Azərbaycan ərazisində etnik təmizləmələr aparmaq və onların öz doğma torpaqlarına təhlükəsiz qayıtmasına imkan verməmək üçün yerləşdirib”.

İstinadlar Report