“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə cinayətlər törətmiş Ermənistan bu əməllərin təhqiqi üçün hər hansı addım atmayıb”.

Bunu Haaqadakı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün növlərini ləğv etmək barədə” beynəlxalq konvensiyanın pozulmasına dair qaldırdığı iddia ilə bağlı dinləmələrdə beynəlxalq hüquqşünas Natali Rid (Natalie L.Reid) bildirib.

Ermənistanın onillər ərzində mülki sakinlərə qarşı işgəncələr də daxil olmaqla müxtəlif cinayətlər törətdiyini deyən ekspert 1992-ci il Xocalı qırğınını da xatırladaraq həmin cinayətdə əli olanların indiyədək məsuliyyətə cəlb olunmadığını söyləyib.

“Ermənistan bütün dəlilləri, yazılışları yox etmək üçün hər şeyi edib. Onlar Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətləri təhqiq etmək üçün heç bir səy göstərmirlər”, – deyən hüquqşünas vurğulayıb ki, Ermənistanın törətdiyi hərbi cinayətlərə dair dəlillər İkinci Qarabağ müharibəsi dövründə də sosial şəbəkələrdə yayılmış, amma lazımi şəkildə araşdırılmamışdı: “Sentyabrdan noyabradək davam etmiş müharibə vaxtı sosial şəbəkədə erməni hərbçinin azərbaycanlı hərbçinin boğazını kəsməsini əks etdirən video paylaşıldı. Bu cür videoların sayı onlarladır. Həmin şəxslərin üzü görünür, səsləri də aydın gəlir. Azərbaycan Ermənistanı nifrət zəminindəki cinayətləri təhqiq etməyə çağırsa da, Ermənistan bu faktlara dair heç bir iş görmədi”.

İstinadlar Report