
“Edam təhlükəsinə, repressiyalara baxmayaraq, İran xalqının bu rejimə nifrəti, onu dəyişmək istəyi ara vermir”.
Bunu İran hüquq müdafiəçisi, keçmiş siyasi məhbus, dissident Nəsrin Sutudə CNN-in məşhur aparıcısı və prodüsseri Kristina Amanpura müsahibəsində bildirib.
O, cəmiyyətin İrandakı mövcud sistemi dəyişməsini tələb etdiklərini vurğulayaraq İranın keçmiş Baş naziri Mirhüseyn Musəvinin də bu məqsədlə referendumun keçirilməsini tələb etdiyini bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, 4 aydır sürən etiraz aksiyaları Tehran rejiminin mövqeyinin dəyişməyib: “Bununla belə, qadınlar itaətsizliyi davam etdirirlər”.