Milli müdafiə naziri Hulusi Akar bildirib ki, zəlzələ nəticəsində Türkiyə ordusunun 3 hərbiçisi şəhid olub.

Nazir deyib ki, bu hadisədə Türkiyə Silahlı Qüvvələrinə dəyən zərər və itkilərin müəyyən edilməsi istiqamətində fəaliyyətlər davam edir.

Hulusi Akar təbii fəlakət nəticəsində xəsarət alan hərbçilərin olduğunu da qeyd edib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.