Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik”, – nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, – Hulusi Akar əlavə edib.

İstinadlar Report