Türkiyənin milli müdafiə naziri Hülusi Akar ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri ilə görüşüb.

Tərəflər Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.

Nazir xüsusilə Fərat çayının şərqində, İdlib və Münbiçdəki son hadisələrə toxunub, ABŞ-dan PKK-nın Suriyadakı qolu YPG ilə əlaqələrini kəsməsini, ölkənin şimal sərhədi yaxınlığında müşahidə nöqtələri yaratmaq planından əl çəkməsini gözlədiklərini bildirib.

H.Akar Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcəklərini amerikalı diplomatın diqqətinə çatdırıb.

İstinadlar Report