“Biz terrorla mübarizədə beynəlxalq əlaqələrdən və diplomatiyadan intensiv şəkildə istifadə edirik”.

Bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin videokonfrans vasitəsilə keçirilmiş müşavirəsində deyib.

Onun sözlərinə görə, Rusiya və Suriyadan olan həmkarları ilə keçirdiyi üçtərəfli görüşdə Türkiyənin bu məsələdəki qətiyyəti diqqətə çatdırılıb: “Türkiyədəki suriyalılar təhlükəsiz şəkildə öz evlərinə qayıtmalıdırlar. Biz bunun üçün çalışırıq. Onları çətin vəziyyətə salacaq hər hansı bir qərar vermək müzakirə mövzusu deyil. Biz bu məsələdə konkret siyasət yeridirik”.

H.Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi davam edəcək: “Yeganə məqsədimiz sərhədlərimiz və vətəndaşlarımızın təhlükəsizliyidir. Biz heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq. PKK/YPG, İŞİD və FETO ilə mübarizə aparırıq. Etnik, dini qruplarla mübarizə isə müzakirə mövzusu deyil”.

İstinadlar Report