Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan bosniyalı həmkarı Sifet Podçiç ilə görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təkbətək və heyətlərarası gerçəkləşdirilən görüşlərdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşlərdə Türkiyə ilə Bosniya və Herseqovinanın birgə hərbi təlimlər və əməkdaşlığın daha da artırılmasına verdikləri önəm vurğulanıb.

İstinadlar Report