
Əgər siz dəbi, funksionallığı və unuzmüddətli müstəqil iş rejimini özündə birləşdirən cihaz axtarışındasınızsa, onda HUAWEI WATCH FIT 3 sizin üçün ən uyğun seçim olacaq. Elə isə, gəlin onun əsas xüsusiyyətlərinə nəzər salaq.
HUAWEI WATCH FIT 3 smart saatı həm gündəlik istifadə, həm də idman məşqlərinə uyğun dizaynda hazırlanıb. 9,9 mm naziklikdə düzbucaq formalı çərçivə biləyinizdə zərif və dəbli görünəcək.

1,82 düymlük AMOLED ekran aydın və dəqiq görüntü təqdim edir, ekrandakı məlumatları hətta parlaq günəş şüaları altında rahat şəkildə görməyə imkan verir. İstənilən yerdə və zamanda siz asanlıqla bildirişləri oxuya, hava durumunu yoxlaya, hətta məşq zamanı lazımi məlumatları izləyə bilərsiniz.
HUAWEI WATCH FIT 3 güclü batareya tutumuna malikdir və bu da ona tam 1 şarjdan 10 günə qədər işləmək imkanı verir. Bundan əlavə, bu smart saat sizi sürətli şarj xüsusiyyəti ilə təəccübləndirəcək. Cəmi 10 dəqiqə ərzində şarj edilən bu cihazı tam 1 gün ərzində rahatlıqla istifadə edə bilərsiniz. Bu, fəal həyat tərzi sürən istifadəçilər üçün ən dəqiq seçimdir.
HUAWEI WATCH FIT 3 qaçış, velosiped sürmə və üzgüçülük daxil olmaqla 100-dən çox məşq rejimini dəstəkləyir. Smart saatın daxili GPS sensoru və avtomatik məşq tanıma funksiyası vasitəsi ilə fiziki fəallığınız barədə dəqiq məlumata malik olursunuz. Animasıyalı təlimatlar isə fitnes məşqlərində çox faydalı olur. Smart saatın yaratdığı bu imkanlar sizə fəallıq göstəricilərinizi yaxşılaşdırmağa və istədiyiniz nəticələrə daha tez nail olmağa kömək edəcək.

HUAWEI WATCH FIT 3 istirahətinizə nəzarət edə və yuxu fazalarını dəqiq təhlil edə bilir. İstirahətinizin keyfiyyəti haqqında sizi ətraflı məlumatlandırır. Əgər sizin gecə fəaliyyətinizin keyfiyyətində hər hansı narahatçılığınız varsa, bu smart saat sayəsində vaxtında lazımi addımlar ataraq iş və istirahət qrafikinizi düzgün qura və daha sağlam rejimdə fəaliyyət göstərə bilərsiniz. HUAWEI WATCH FIT 3 kaloriləri hesablayır və məşq zamanı sizin fiziki göstəricilərinizə istinad edərək elmi araşdırmalara əsaslanan tövsiyələr verir. Bu da etdiyiniz məşqin keyfiyyətini daha da artıracaq.

HUAWEI WATCH FIT 3 həm iOS, həm də Android əməliyyat sistemini dəstəkləyir. Siz məlumatları sinxronlaşdıra və bildirişləri birbaşa saatınızdan ala bilərsiniz.
Biləyinizdə olan bu smart saat vasitəsi ilə zəng bildirişlərindən məlumatlı olacaqsınız, həmçinin musiqini tənzimləmək, hətta smartfonunuzun kamerasını idarə etmək imkanına malik olacaqsınız.