Çinin “Huawei” smartfon istehsalçısı və Cənubi Koreyanın “Samsung” şirkəti arasında patent hüququnun pozulması ilə bağlı uzun müddət davam edən mübahisə həll olunub.

Iki texnoloji nəhəng tərəflərə məxsus patentdən birgə istifadə üçün əsas olacaq razılığa gəlib.

Bundan başqa, şirkətlər tərəfindən patent hüququnun pozulması ilə bağlı qaldırılmış digər iddialar həllini tapacaq.

Şirkətlər müvafiq ittihamların ləğv edilməsi üçün işə başlamağı planlaşdırırlar. Razılaşma barədə ətraflı məlumat verilmir.

Nizam Nuriyev

İstinadlar ict news