Çinin “Huawei” şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

Agentliyin “Twitter”dəki səhifəsində yerləşdirilmiş xəbərində qeyd edilir ki, ABŞ-dakı “əsassız məhdudiyyətlər” onların hüquqlarını pozur.

Şirkətdən vurğulayıblar ki, belə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək.

“Huawei”in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək”, – deyə təşkilatın bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi Çinin “Huawei” şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.