“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin “Huawei” smartfon istehsalçısının avadanlığından istifadənin qadağan edilməsi haqqında fərmanından sonra bu şirkətlə əməkdaşlığı dayandırıb.

Bundan sonra “Huawei” smartfonlarında “Android” əməliyyat sistemi yenilənməyəcək, şirkətin növbəti nəsil smartfonları isə “Google” şirkətinin “Google Play” əlavələr mağazası, “Chrome” brauzeri, “Gmail” poçt xidməti, “YouTube” və “Goole Maps” kimi servislərindən istifadədən məhrum olacaqlar. Hazırda “Google” şirkəti qəbul olunan qərarla bağlı ətraflı müzakirələri davam etdirir.

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi mayın 16-da “Huawei” və onun 70 filialını “qara siyahı”ya əlavə edib. ABŞ nümayəndələrinin fikrincə, bu qərar Çin şirkətinin ABŞ tədarükçülərindən asılı olmasına görə onun bir sıra məhsullarının satışında çətinliklər yaradacaq.

Bir müddət əvvəl ABŞ və Çin arasında ticarət müharibəsi qızışıb. Əvvəlcə ABŞ Çindən 200 milyard dollar dəyərində olan idxal malları üçün tarifləri artırıb. Öz növbəsində Çin 60 milyard dollar dəyərində olan ABŞ malları üçün tariflərdə artım edib. Mayın 17-də ABŞ tərəfinin Avropa İttifaqı və Yaponiya ilə danışıqlar üçün vaxt qazanmaq məqsədilə ticarət müharibəsində geri çəkilməklə bağlı qərar qəbul etməsi məlum olub.

Oxumağa dəyər:   Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir olundu - Fotolar

Nizam Nuriyev

İstinadlar ict news