“Huawei” şirkəti öz istehsalı olan prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini istifadəyə verməyə hazırlaşır.

“MateStation B515” adlandırılmış fərdi kompüter “HiSilicon” tərəfindən hazırlanmış və 7 nm-lik texnoloji proses üzrə istehsal edilmiş “Kunpeng 920” prosessoru ilə təchiz edilib. ARM arxitekturası üzrə hazırlanmış çip maksimal takt tezliyi 2,6 QHs olan 4 və ya 8 nüvə ilə təchiz edilə bilər.

“Apple”dan fərqli olaraq, “Huawei” şirkəti ARM prosessoru ilə işləyən kompüteri standart komponentlərlə təchiz edib. İstifadəçi özü əməli və daxili yaddaşın tutumunu artıra bilər.

Kompüter 23,8 düymlük monitorla tədarük ediləcək. “MateStation B515” kompüterinin ilk partiyaları Çinin dövlət idarələrinə və korporativ sifarişçilərə satılacaq.

İstinadlar ict news