“Huawei” şirkətinin rəhbəri Syuy Çjiszyunyunun şirkətin 6G ilə bağlı gələcək planları haqqında yeni bəyanatı internetdə dərc edilib. Məsələn, növbəti nəsil mobil şəbəkələrin 5G ilə müqayisədə 50 dəfə daha sürətli olacağı məlum olub.

Bu halda cənab Çjiszyun yeni texnologiyanın 2030-cu ildə tətbiq ediləcəyini səsləndirib.

Qeyd edək ki, “Huawei” şirkəti planetdə 5G sahəsində lider şirkətlərdən biridir.

Çinin texnologiya nəhənginin nümayəndəsi, həmçinin yaxın vaxtlarda 6G texnologiyasını daha ətraflı təsvir edəcək sənədin dərcinə söz verib.

Emil Hüseynov

İstinadlar ict news