Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal xəttinə aid olan ucuz “Huawei P40 Lite” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.”P40 Lite” aparatı “Full HD+” təsvir ölçülü 6,4 düymlük IPS matrisli ekrana malikdir. Barmaq izləri skaneri yan çərçivədə yerləşdirilib, “IPS” texnologiyası skaneri ekrana inteqrasiya etməyə imkan vermir. Korpus hər iki tərəfdən şüşədən işlənib hazırlanıb.

Smartfona 4 kamera quraşdırılıb:

· Əsas – 48 mp-lik;

· Genişbucaqlı – 8 mp-lik, 120 dərəcə;

· Makro – 2 mp-lik;

· Dərinlik datçiki – 2 mp-lik.

“Kirin 810” prosessoru ilə təchiz edilmiş “P40 Lite” smartfonu 6 QB əməli və 128 QB daxili yaddaşa malikdir. Aparat “EMUI 10” interfeysli “Android 10” versiyasının idarəetməsi altında işləyir. Amma “Google”un xidmətləri əlçatan deyil. Smartfona 4200 milliamper/saat tutumunda batareya quraşdırılıb.

Oxumağa dəyər:   İspaniyada dəhşət - Ölənlərin sayı 10 mini keçdi

Hələ ki yalnız Avropa bazarında əlçatan olan “Huawei P40 Lite” smartfonunun qiyməti 299 avrodur.

İstinadlar ict news