“Ukraynanın Kiyev və Çerniqov vilayətlərinin böyük hissəsini işğal etmiş Rusiya qoşunları dinc sakinləri edam edib, onlara işgəncələr verib və hərbi cinayət kimi qiymətləndirilə biləcək digər qanunazidd əməllər törədib”.

Bu barədə “Human Rights Watch” (HRW) təşkilatının bəyanatında deyilir.

Məlumata görə, aprel ayında “Human Rights Watch” əməkdaşları Kiyev və Çerniqov vilayətlərinin 17 yaşayış məntəqəsində olublar. Nəticədə, 22 məhkəməsiz edam, 9 əsassız həyatdan məhrum etmə, 6 potensial zorakı yoxa çıxma və 7 işgəncə faktı qeydə alınıb. Bundan başqa, hüquq müdafiəçiləri qeyri-insani, alçaldıcı şəraitdə qanunsuz saxlanılma barədə 21 dinc sakinin ifadəsi alınıb.

Belə ki, bir çox yerli sakinlər günlərlə, hətta həftələrlə çirkli, havasız yerlərdə saxladıldıqlarını deyib. Məsələn, Yaqodnoye kəndində Rusiya hərbçiləri 70-i uşaq, 5-i körpə olmaqla, 350 nəfərdən çox yerli sakini 28 gün ərzində məktəbin zirzəmisində saxlayıblar.

İstinadlar Report