İmişlidə ağır yol qəzası baş verib.

Dünən saat 19 radələrində Hacıqabul-Horadiz yolunun İmişlinin Xubyarlı kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobil aşıb.

Yolun sol kənarına çıxaraq dərəyə aşan avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Elvin Əsədzadə ağır vəziyyətdə xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo