Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1” televizor modelinin satışlarına başlanılıb.

Qurğu iki “ARM Cortex-A73” və “ARM Cortex-A53” nüvəsi və “Mali-G51” qrafik sürətləndiricisinə malik “Honghu 818” prosessoru üzərində qurulub. Operativ yaddaş tutumu 2 giqabayt təşkil edir.

Televizor 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilsə də, istifadəçilər yalnız 8 giqabaytdan yararlana biləcəklər. Həmçinin xarici toplayıcını qoşmağa imkan verən “USB 3.0” portu mövcuddur.

Panel dörd 10 vatlıq dinamikə malik audiosistemlə təchiz olunub. Müxtəlif məsafələrdən səsli komandaların tanınması üçün altı mikrofondan ibarət massiv cavabdehlik daşıyır.

Çıxışlar dəstinə üç “HDMI 2.0” interfeysi, “Ethernet” şəbəkə portu və standart audio və videoçıxış daxildir. Proqram platforması kimi “Harmony OS/Hongmeng OS” əməliyyat sistemi tətbiq edilib.

Ekran 60 giqaherslik yeniləmə tezliyinə malikdir, həmçinin “DCI-P3” rəng sahəsi 92 faiz əhatə olunur. Nazik çərçivələr sayəsində ekran ön səthin 94 faizini əhatə edir.

“Honor Smart Screen X1” televizorunun təxmini qiyməti 850 dollar təşkil edir. Gələcəkdə modelin qiymətinin 930 dollaradək artacağı gözlənilir.

Nizam Nuriyev

İstinadlar ict news