Honkonq sakinlərinin ekstradisiya ilə bağlı qanuna düzəlişlər edilməsinə qarşı çoxminlik etiraz aksiyası günortadan sonra yenidən artıb, şəhər küçələrində kərpic və metal manelərdən barrikadalar qurulub.

Etirazçılar şifrəli əlaqə kanallarında yerli vaxtla 15:00-dək qanunverici məclisin qanun layihəsini nəzərdən keçirməkdən imtina etməyəcəyi təqdirdə etirazların artırılmasına çağırışlar edirlər.

Hətta qanunverici orqanın binasına hücum da istisna olunmur, şəhərdə əsas yollar və metro da daxil olmaqla hərəkətin qarşısını almaq üçün çağırışlar edilir.

İstinadlar Report