Çinin xüsusi inzibati bölgəsinin (XİB) səlahiyyətli orqanlarının qərarı ilə Hankonq şəhərininin mərkəzi hissəsində yerləşən bütün hökumət orqanları binalarına giriş bağlanıb.

Buna XİB-in qanunvericilik məclisinin ekstradisiya haqqında qanuna düzəlişlərin edilməsinin nəzərdən keçirilməyi planlaşdırmasının müəyyən dairələrdə narazılığa səbəb olması ilə əlaqədar dünən Honkonqda keçirilmiş kütləvi etiraz aksiyası səbəb olub.

Nümayişçilər qanunverici məclisin binası qarşısında və bəzi digər ərazilərdə nəqliyyatın hərəkətini dayandırıb, küçələrdə barrikadalar qurub. Polis asayişin bərpası üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməyə məcbur olub.

Qanuna dəyişikliklər edilməsinin nəzərdən keçirilməsi təxirə salınıb. Şəhərin mərkəzində gücləndirilmiş polis patrulları xidmət çəkir, hökumət çıxışların təkrarlanmasından ehtiyat edir.

İstinadlar Report