Honkonqda iyun ayından keçirilən kütləvi etiraz aksiyaları zamanı polis tərəfindən 13 yaşdan 83 yaşadək 2300 nəfər saxlanılıb.

Saxlanılanlar icazəsiz nümayişdə iştirak etməkdə, basqın məqsədilə silah saxlamaqda, üz örtüyünü çıxarmaq tələbinə itaətsizlikdə şübhəli bilinir.

Oktyabrın 4-7-də 12-54 yaş həddində 241 nəfərin saxlanıldığı, onlardan 77 nəfərin icazəsiz mitinqlərdə üz örtüyü taxmaq, əməkdaşlıqdan boyun qaçırmaq və üz örtüyünü çıxarmaq tələbinə itaətsizlik göstərməkdə ittiham olunur.

Xatırladaq ki, Honkonqda mart ayının axırından anti-ekstradisiya qanununu dəyişdirmək hərəkatı adı verilən silsilə nümayişlər keçirilir. Oktyabrın 4-dən isə hakimiyyət tərəfindən kütləvi tədbirlərdə üz örtüyü taxmağa qadağa qoyulmasına qarşı yeni etirazlar baş qaldırıb. Belə ki, həmin qadağaya əməl etməyən hər kəs bir ilədək həbs cəzasına məhkum edilə, yaxud 25 min Honkonq dolları (3200 ABŞ dolları) məbləğində cərimə oluna bilər.

İstinadlar Report