Honkonqun ən təhlükəli qanqsterlərdən biri Szi Binsyun (Kanton dialektində Kvay Pinhun) 17 illik azadlıqdan məhrumetmə cəzasından sonra həbsxanadan buraxılıb.

Bu barədə RTHK radiostansiyası bildirib.

Qeyd edilir ki, polis keçmiş məhbusun ABŞ pasportunu daşımasını əsas gətirərək Birləşmiş Ştatlara deportasiya edilməsi üçün onu dərhal aeroporta qədər müşayiət edib.

Materik Çindən 1980-ci ildə qanunsuz olaraq Honkonqa köçüb gəlmiş 59 yaşlı Szi Binsyun burada zərgərlik salonlarından on milyonlarla dollar məbləğində 20 silahlı soyğunçuluq edib. Onun cinayətkar əməlləri tez-tez atışma, təqib və qan tökülməsi ilə müşayiət olunub. Qanqsterin tutulması üçün 2 milyon Honkonq dolları (257 min dollar) məbləğində misli görünməmiş mükafat təyin edilib.

Uzun illər axtarılan cinayətkar yalnız polisin 2003-cü ildə keçirdiyi reyd zamanı tutulub. Onun mənzilində qumbaralar da daxil olmaqla, külli miqdarda silah-sursat götürülüb. Məhkəmə Szi Binsyunu 24 il müddətinə azadlıqdan məhrum edib. Ancaq o nümunəvi davranışına görə vaxtından əvvəl azadlığa buraxılıb.

İstinadlar Report