
Hondurasın paytaxtı Tequsiqalpanın və ölkənin ikinci ən böyük şəhəri olan San-Pedro-Sulanın onlarla ən problemli rayonlarında dekabrın 7-də cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
Bu barədə Honduras Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, ölkə konstitusiyasında nəzərdə tutulan təminatların dayandırılacağı fövqəladə vəziyyət rejimi 2023-cü il yanvarın 7-nə qədər davam edəcək.