Hondurasda təyyarə qəzası baş verib.

Hadisə Roatan adasında qeydə alınıb.

Qəza zamanı pilot da daxil olmaqla, 5 nəfər həlak olub.Ölənlərin hansı ölkənin vətəndaşları olması məlum deyil. Bununla belə, Hondurasın silahlı qüvvələrinin nümayəndəsi həlak olanlardan 4-nün ABŞ vətəndaşları, turist olduqlarını bildirib. Eyni zamanda yerli hakimiyyət orqanları ölənlərin Kanada vətəndaşları olduqlarını bildiriblər.

Qəza zamanı həlak olan 5-ci şəxsin hansı ölkənin vətəndaşı olması məlum deyil.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan az sonra dənizə düşüb. Qəzanın başvermə səbəbi məlum deyil.

İstinadlar Report