
Honduras hökuməti Çinə görə Tayvanla diplomatik əlaqələri kəsmək qərarına gəlib.
Müvafiq bəyanat Honduras Xarici İşlər Nazirliyinin tvitter səhifəsində dərc edilib.
“Xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi ölkə prezidenti adından Tayvanı iki ölkə arasında diplomatik münasibətləri kəsmək qərarı barədə xəbərdar edib”- məlumatda deyilir.
Vurğulanıb ki, Honduras indi Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır.