1972-ci il Superseriya iştirakçısı Ken Draydenin böyük qardaşı, müasir hokkey qapıçı maskasının ixtiraçısı Deyv Drayden 82 yaşında vəfat edib.

Bu barədə Draydenin 4 il forma geyindiyi “Baffalo”nun mətbuat xidməti məlumat yayıb.

Deyv Drayden 1970-1974-cü illərdə “Baffalo”da çıxış edib. Klubun tərkibində o, komanda tarixində ilk pley-off görüşü də daxil olmaqla 122 oyun keçirib. 1971-ci il martın 20-də Milli Hokkey Liqasının (MHL) Monreal ilə müntəzəm mövsüm matçında, MHL-də ilk dəfə olaraq, qardaşlar qapıda bir-birləri ilə üz-üzə gəliblər.

Ümumilikdə, Deyv Drayden MHL-də 203 oyun keçirib. “Baffalo” ilə yanaşı, “Nyu-York Reyncers”, “Çikaqo” və “Edmonton”da da oynayıb. Onun həmçinin Dünya Hokkey Assosiasiyasında (DHA) 243 oyunu var.

İstinadlar Report