“Hizbullah” hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.

Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.

“İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”, – hərəkatın bəyanatında deyilir.

İstinadlar Report