Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.