Hindistan Hərbi-Dəniz Qüvvələrinə məxsus “MiQ-29” qırıcısı Ərəb dənizi üzərində təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

Bunu Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi bildirib.

Hadisə nəticəsində pilot itkin düşüb.

Ölkənin Hərbi-Dəniz Qüvvələri qəza ilə bağlı araşdırmalara başlayıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Qırıcı “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıbmış.

İstinadlar Report