Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində müsbət inkişafı şərh edən Hindistan səfiri B.Vanlalvavna, son bir neçə ayda təhsil, infrastrukturun inkişafı, kənd iqtisadiyyatı və rifah sahələrində hökumət tərəfindən müxtəlif istiqamətlərdə mütərəqqi təşəbbüslərin həyata keçirdiyini bildirdi.
Səfirin sözlərinə görə, Cammu və Kəşmir hökuməti, əhalinin zəif qruplarının 15.000 qız tələbəsinin təməl təhsil ehtiyaclarının qarşılanması üçün Kasturba Qandi Balika Vidyalayas (KGBV) adı ilə tanınan 176 yaşayış məktəbinin əsasını qoyur. Bundan əlavə, 21.000 xüsusi qayğıya ehtiyacı olan uşaq inklüziv təhsilə cəlb olunur. Bununla birlikdə, yaxın gələcəkdə Cammu və Kəşmirin ucqar bölgələrində 23 mərkəzi məktəb qurulacaq. Səfir həmçinin bu yaxınlarda tələbələr üçün onlayn karyera təhsil platformasının açıldığını bildirdi. Bu bənzərsiz təşəbbüs 2020-ci il Yeni Təhsil Siyasətinə uyğundur və Cammu və Kəşmirdə yaşayan gənclərin öyrənmə seçimlərini iş imkanları ilə əlaqələndirilməsinə imkan yaradacaq, eyni zamanda hökumətin təşəbbüslərini gənclərin maraqları və istəkləri ilə uyğunlaşdırmağa və onların dolanışıqları və uğurlarında iştirak etməyə imkan verəcək.
Əsas infrastrukturun inkişafı ilə bağlı səfir qeyd edir ki, Srinagar-Leh magistral yolunda inşa olunacaq14,5 km uzunluğunda Asiyanın ən uzun tuneli Zocilada artıq işlər başlayıb. Tunel hər cür hava şəraitində Srinagar vadisi ilə Milli magistral-1 üzərində yerləşən Leh magistral yolu arasında əlaqəni təmin edəcək və səyahət müddətini üç saat yarımdan 15 dəqiqəyə endirəcəyi gözlənilir. Bundan əlavə, açılışı olmuş 10 yeni körpü Cammu və Kəşmirin ucqar əraziləri ilə əlaqənin gücləndirilməsində həlledici rol oynayacaq, bunlardan bəzilərinin qış mövsümündə təxminən altı ay müddətində rayon mərkəzi ilə əlaqəsi kəsiləcək. Dünyada ilkin örnəyi fəaliyyət göstərəcək Katra-Dehli ekspres yol dəhlizi 2023-cü ilədək təxmini 5 milyard ABŞ dollarından çox bir dəyərlə tamamlanacaq. Tamamlandıqdan sonra yol bir çox vacib şəhərlərdən keçəcək və Katradan Delhiyə gedişat təxminən altı saat yarım, Cammudan Dehliyə isə təxminən altı saata enəcək.
Səfir qeyd etdi ki, hökumət kənd təsərrüfatını təşviq etmək və Cammu və Kəşmirdə sənətkarlıq və toxuculuq məhsullarının satışını artırmaq üçün müxtəlif addımlar atıb. Yerli dəzgah və sənətkarlıq məhsullarının elektron ticarət platformasına gətirilməsi üçün Flipkart ilə Anlaşma Memorandumu imzalanıb. Coğrafi göstərici ilə etiketlənən ‘Kəşmir zəfəranı’ ticarətini təşviq etmək və alıcılara keyfiyyətli “Kəşmir zəfəranı” nı təqdim etmək üçün Cammu və Kəşmir hökuməti bütün Hindistanı əhatə edən e-Auksion portalını yaratdı. Barama yetişdirənlərə kömək etmək üçün Cammu və Kəşmir hökuməti birbaşa Kəşmir bölgəsindəki fermerlərdən 50.000 kq barama satın almağa qərar verdi. Buna bənzər təşəbbüs 60.000 kq baramanın satın alınması ilə Cammuda həyata keçirildi. Əhalinin rifahı naminə hökumət 1.25 milyon mənzil sənədlərinin verilməsi prosesini sürətləndirdi və ‘Cammu və Kəşmir ilə əlaqəli şikayətlərə baxılıb cavab verilməsi və nəzarət edilməsi sistemi’ (JK-IGRAMS) adlı yeni şikayətləri doğuran səbəblərin aradan qaldırılması üzrə portal istifadəyə verildi. Həmçinin Cammu və Kəşmirdə hər kənddən ən azı iki savadlı istəkli sahibkara dəstək olmaq və onlara yardım göstərmək üçün bir proqram həyata keçirmişdir və İttifaq Ərazisində 8000-dən çox gənc bu proqramdan faydalanacaqdır.