Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi, general Bipin Ravatın ölümü ilə nəticələnən helikopterin qəzaya uğramasının səbəbi bəlli olub.

Məlumata görə, Baş Qərargah rəisi də daxil olmaqla 13 nəfərin ölümü ilə nəticələnən hərbi helikopterin qəzaya uğramasına pis hava şəraitinin səbəb olub.

Hindistan Hərbi Məhkəməsinin yaydığı ilkin nəticələrdə qeyd edilir ki, 8 dekabr 2021-ci ildə helicopter pilotun istiqamətini dəyişməsinə səbəb olan gözlənilməz hava dəyişikliyi səbəbindən baş verib. Qeyd edilir ki, gözlənilməz hava dəyişikliyi pilotu buludlara tərəf dönməyə məcbur edib: “Bu, pilotun havada orientasiyasının pozulmasına səbəb olub və həmin səbəbdən helikopter idarə olunan uçuş zamanı yerə çırpılıb”.

Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter 2021-ci ilin 8 dekabrında qəzaya uğrayıb. Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.

İstinadlar Report