Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfərə gedib. Burada ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək və iki ölkə arasında tərəfdaşlığın inkişafını müzakirə edəcək.

O bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ Prezidenti Donald Tramp ilə görüşü və Hindistan-ABŞ hərtərəfli qlobal strateji tərəfdaşlığının inkişafını səbirsizliklə gözləyirəm”, – o qeyd edib.

Onun sözlərinə görə, Hindistan və ABŞ insanların rifahı və planetin daha yaxşı gələcəyi naminə sıx əməkdaşlığa davam edəcəklər.

Modinin Vaşinqtona səfəri çərçivəsində ilk görüşlərdən biri ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Gabbard ilə olub. Hindistanın Baş naziri onunla Hindistan- ABŞ dostluğunun müxtəlif aspektlərini müzakirə etdiyini bildirib.

İstinadlar Report