Hindistanın Uttar Pradeş ştatının Kanpur rayonunda traktor və onun qoşqusunun aşaraq gölməçəyə düşməsi nəticəsində azı 26 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Traktorun qoşqusunda təxminən 50 nəfər olub. Onların hamısı yerli məbədlərdən birində dini mərasimdən sonra evlərinə qayıdan zəvvarlar olub.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, xilasetmə işlərinə polis və yerli sakinlər cəlb olunub. Qeyd olunub ki, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.

İstinadlar Report