
Hindistanın Prayaqrac şəhərində Kumbha-mela festivalından qayıdan 30-dan çox insan yol qəzasında xəsarət alıb.
Bu barədə ştat polisi jurnalistlərə məlumat verib.
Zəvvarları daşıyan qoşqu Prayaqracdan 400 km məsafədə aşıb. Müxtəlif xəsarətlər alan 34 nəfər xəstəxanaya yerləşdirilib.