Son sutka ərzində Hindistanda 412 262 koronavirus xəstəsi aşkar edilib, 3 980 nəfər bu xəstəlik səbəbindən ölüb.

Bu, Hindistan üçün rekord göstəricilərdir.

Yoluxma ilə bağlı əvvəlki anti-rekord mayın 1-də qeydə alınıb (401 993 xəstə). Ölümlərin sayında isə əvvəlki rekord göstərici barədə dünən məlumat verilib (3 780 ölü).

İstinadlar Report