Hindistanın müxalifət partiyaları vitse-prezident Caqdip Dhankarı parlamentin yuxarı palatasının sədri vəzifəsində qərəzli olmaqda ittiham edərək onun impiçmenti təşəbbüsü ilə çıxış ediblər.
Bu, ölkə tarixində ilk belə addımdır.
Müxalifət partiyalarının onu vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər səsi olmadığı üçün bu addım simvolik xarakter daşıyır. Lakin C.Dhankar hakim Bharatiya Janata Partiyasından namizəd seçildiyi üçün bu addımın müxalifətlə Baş nazir Narendra Modinin hökuməti arasında onsuz da gərgin olan münasibətləri daha da korlayacağı gözlənilir.