Hindistanın turistik Qoa əyalətinin hakimiyyət orqanları Cammu və Kəşmir ittifaqı ərazisində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə Qoa ştatının baş naziri Pramod Savant bildirib.

“Qoa sahil və turizm əyalətidir. Qoa polisi hər zaman ayıqdır. Cammu və Kəşmirdə baş verənlərdən sonra Qoada təhlükəsizlik tədbirlərini artırdıq”, – o bildirib.

İstinadlar Report