Hindistanın Mülki Aviasiya Nazirliyinin rəhbəri Xardip Sinqx Puri “Air India” təyyarəsinin sərt eniş etməsinin təfərrüatlarını açıqlayıb.

O, müvafiq bəyanatla özünün “Twitter”dəki səhifəsində çıxış edib.

O, qeyd edib ki, “AXB-1344” reysi Dubay – Kojikode marşrutu üzrə uçurmuş.

Nazirin sözlərinə görə, “Boeing 737” uçuş-enmə zolağını keçib və sonra 10 metrdən çox hündürlükdən düşüb. Bundan sonra təyyarə iki hissəyə parçalanıb.

Məmur qeyd edib ki, enmə reysi leysan yağış zamanı baş tutub.

Dubay reysi üzrə uçan təyyarə Kojikode şəhərində sərt eniş edib. Hadisə zamanı təyyarədə 190 nəfər olub. Onların 20-i ölüb, 140-dan çox sərnişin xəsarət alıb. Qəza zamanı alovlanma baş verməyib.

İstinadlar Report