Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində 17 nəfər ölüb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasetmə əməliyyatı başa çatıb, zərərçəkənlərin hamısı təyyarədən çıxarılıb. “News 18” telekanalı hadisə zamanı 123 nəfərin xəsarət aldığını bildirib.

İstinadlar Report