Hindistanın şimal-şərqində partlayış törədilib.

Məlumata görə, hadisə Assam ştatının Quvahati şəhərində baş verib. Terrorçular ticarət mərkəzinə qumbara atıblar. Nəticədə altı nəfər yaralanıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti ştatın azadlığını tələb edən “Assamın azadlığı Birləşmiş Cəbhəsi” qruplaşması üzərinə götürüb.

Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb.

İstinadlar Report