Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 295 041 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Hindistanda yoluxma hallarının sayı 15,6 milyonu ötüb.

Son 24 saatda ölkədə koronavirusdan 2 mindən çox insan ölüb. Bununla da virusdan ölənlərin sayı 182 minə çatıb.

COVID-19-a yoluxan 13,2 milyondan çox insan sağalıb.

İstinadlar Report